Qalib məhz Azərbaycan olacaq
Düşmən beynəlxalq ədalət mühakiməsindən qaça bilməyəcəkDağlıq Qarabağ münaqişəsi üzrə hərbi əməliyyatların başlandığı 27 sentyabr tarixindən bəri bu terrorçu ölkənin Azərbaycanın mülki əhalisini raket atəşinə tutması nəticəsində 100-ə yaxın dinc sakinimiz həlak olub. Nə qədər vətəndaşımız yaralanaraq sağlamlığını itirib. Həlak olanlar sırasında xeyli sayda uşaq, qadın, yaşlı-ahıl insanlarımız var.
Ermənistanın oktyabrın 28-də Bərdə şəhərini növbəti dəfə raket atəşinə tutması, elementar insanlıq normalarına zidd olaraq tibb müəssisələrini, ticarət mərkəzini hədəfə çevirməsi nəticəsində 21 mülki sakinin həlak olması hər birimizi sarsıtdı. Bu, 1992-ci ilin 26 fevral gecəsi Xocalıda azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımın davamıdır. Ermənistan dövləti torpaqlarımızı işğal altında saxladığına görə bu gün ordumuza cavab verdiyi kimi, bu dövlətin rəsmiləri də bəşəriyyətə qarşı törətdikləri cinayət əməllərinə görə beynəlxalq ədalət mühakiməsindən qaça bilməyəcəklər. Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur.
Hərbi əməliyyatlar vəhşilik həddinə çatdırılmamalıdır
Prezident İlham Əliyev Rusiyanın "İnterfaks” Agentliyinə müsahibəsində bir neçə dəfə bu məsələyə toxunaraq onun açıq şəkildə izahını vermişdir: "Moskvada atəşkəs əldə olunmasından heç bir gün keçməmiş onlar Gəncəyə zərbə endirdilər. İndi də, Vaşinqtonda atəşkəs razılaşdırıldıqdan bir gün sonra, özü də bunun üçün onlar yalvarırdılar. Axı, atəşkəs barədə yalvaran onlar idi. Moskvada da, indi də Fransa tərəfinin fəaliyyəti nəticəsində əldə edilmiş atəşkəs pozulub. Bir gün keçmədi, onlar Bərdəni atəşə tutdular. Buna qədər isə onlar Tərtərdə dəfn mərasimini atəşə tutmuşdular. Orada 4 nəfər həlak olmuşdu. Bu, qeyri-insani əməllər onu göstərir ki, baxın, görün, biz kiminlə vuruşmağa məcburuq.
Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət. Ümumiyyətlə, müharibənin necə aparılması barədə anlayışları yoxdur”.
Müharibə hər nə qədər tərəflərin bir-birinə qarşı silahlı güc tətbiqi olsa da, onun öz qayda-qanunları var. Hərbi əməliyyatlar vəhşilik həddinə gətirilməməlıdir. Cenevrə Konvensiyasına görə, hərbi münaqişələr zamanı xüsusilə dinc əhali arasında itkilərə səbəb olacaq və mülki obyektlərə zərər vura biləcək hücumlar qadağandır. Ermənistanın günlərdir mülki insanlarımızı hədəfə alması, hətta körpə uşaqları, məktəbliləri qətlə yetirməsi göstərir ki, törədilmiş soyqırımı vəhşilikləri bu gün də Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikasıdır. Bunun özü müvafiq beynəlxalq hüquq normalarına əsasən, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiqi aktıdır. Nədənsə erməni tərəfi üçün bu qaydalar yoxdur. Onların aqressiv davranışı, beynəlxalq hüququ, Cenevrə konvensiyalarını kobud şəkildə pozması və hərbi cinayətlər törətməsi işğalçıların müharibənin nizamlanması ilə bağlı konkret fikirlərinin olmamasından xəbər verir. Dinc şəhərlərə kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar hərbi cinayətdir. Budur, erməni faşizminin siması, onun yırtıcı mahiyyəti. Heç şübhə etmirik, bu vəhşiliklərə göz yuman, Ermənistanın bəşəri cinayətlərini dəstəkləyən başqa hər kəs də əli azərbaycanlı körpələrin qanına batmış müttəhimlərlə tarixin haqq-hesab anında yanaşı olacaq. Çünki Ermənistan kimi beynəlxalq cinayətkara hər hansısa şəkildə dəstək vermək regionda sülhə, sabitliyə qarşı çıxmaqdır. İnkişafın qarşısını almaqdır, insan faciələrinə, təcavüzkar qonşumuzun quldur əməllərinə şərik olmaqdır.
XXI əsrdə Yer üzündə bütün humanitar dəyərlərdən uzaq belə bir dövlətin olması, erməni xalqının faşizm ideologiyasının əsirinə çevrilməsi, əslində, bəşəriyyət adına böyük bir utancdır. İkinci Dünya müharibəsində faşizmə qalib gəlmiş ölkələrin çoxunda hər il bu qələbənin ildönümü qeyd edilir. Bəşəriyyət faşizm kabusundan qurtulduğunu düşünərkən, Ermənistanın apardığı siyasət bu dəhşətli hərbi cinayətin bəzi ölkələrdə hələ də bitmədiyini göstərir. Uydurulmuş saxta miflər, yalan tarix, özünü başqa xalqlardan üstün tutmaq hissi Ermənistan cəmiyyətini, dövlətini dünyamız üçün təhdidə çevirir. Əfsuslar olsun ki, eyni coğrafiyada yaşayan xalq, qonşu ölkənin vətəndaşları olaraq bu təhdiddən ən çox əziyyət çəkənlər də məhz biz, azərbaycanlılarıq.
Mədəni abidələrin qəsdən dağıdılması cinayətdir
Ordumuz işğal altındakı yaşayış məntəqələrimizi düşməndən təmizlədikcə o torpaqlardan çəkilişlərə baxanda sivilizasiyadan, dəyərlərdən nə qədər uzaq bir ölkə və cəmiyyətlə qonşuluqda yaşadığımızı bir daha hiss edir və təəssüflənirik. Birinci Qarabağ savaşı zamanı məcburi köçkünlərimizin didərgin düşdükləri abad kənd, qəsəbə və şəhərlərdən, qurulu evlərdən indi əsər-əlamət qalmayıb. İşğaldan azad edilən böyük şəhərlərimiz hazırda sadəcə boş torpaqlardan, vəhşicəsinə dağıdılmış infrastrukturun qalıqlarından, illərlə talan edilmiş təbiətdən ibarətdir. Ermənilərin işğal edilmiş ərazilərimizdə törətdikləri vandalizm aktlarının miqyası insanı heyrətə gətirir. Onlar bu ərazilərdə mövcud olan evlərdən, mülklərdən, sosial obyektlərdən sökülüb-dağıdılması mümkün olan hər şeyi daşıyıb aparıblar.
Bu gün Ermənistanın həyata keçirdiyi etnik və mədəni təmizləmə müharibə cinayətləridir, insanlıq əleyhinə atılan ən qəddar addımlardır. Düşmən tərəfi həmçinin bizim mədəni irsimizə təcavüz edir. Beynəlxalq humanitar hüququn normalarında mədəni irsin qorunmasına dair müddəalar var. Ermənistan bu müddəaları da pozur. Və biz hazırda mədəni irsə qəsdin şahidi oluruq. Qəbiristanlıqlar, qəbirüstü abidələr atəşə tutulur, dağıdılır. Şuşadakı məscidin viran qoyulması, müqəddəs məbədlərdə mal-qaranın saxlanması, işğal olunan ərazilərdə arxeoloji, dini abidələrin məhv edilməsi mədəni irsə təcavüzdür. Gəncə şəhərindəki məbəd də Ermənistan tərəfindən dağıntıya məruz qalıb. Bir sözlə, işğalçı dövlətin Azərbaycan xalqına qarşı həyata keçirilən mədəni soyqırımı ölkəmizin mədəni irsinə, ümumiyyətlə, dünya mədəniyyəti abidələrinə qarşı edilən hücumlardır. Ermənistan "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il tarixli Konvensiyanı və ona əlavə edilmiş Protokolu, digər müvafiq sənədləri kobud şəkildə pozur. Bu, vandalizm hərəkətləridir. Münaqişə başlayandan indiyə kimi Azərbaycan UNESKO-nun mədəni abidələrinin qorunması müddəalarına əməl edir. Ölkəmiz tərəfindən heç bir abidə dağıdılmayıb. Əksinə, onların qorunması üçün əlimizdən gələni əsirgəmirik.
Hazırda Azərbaycan Silahlı Qüvvələri sülhməramlı niyyətini həyata keçirir, təhlükəsiz yaşam tərzinin bərqərar olunmasını istəyir. Ermənistan isə təcavüzünü davam etdirir.
Əlbəttə, Azərbaycan dövləti o yaşayış məntəqələrini əvvəlkindən də gözəl şəkildə tikəcək. Dağıdılmış infrastruktur sistemi təxminən 30 il əvvəlkindən də müasir və sistemli şəkildə qurulacaq. İşğaldan azad edilmiş məskənlərimizdə həyat yenidən bərpa olunacaq, məcburi köçkünlərimiz tarixi yurd yerlərinə qayıdacaqlar. Orada onların layiqli həyat səviyyəsi təmin ediləcək. Bütün bunlar Azərbaycan dövlətinin imkanları daxilində öz həllini tapacaq məsələlərdir. Təəssüflər olsun ki, erməni xəstəliyinə bir həll görünmür. İşğalçı dövləti idarə edənlərin, öz idarəçilərinə bu vəzifələrdə etimad göstərən cəmiyyət üzvlərinin saxta miflər yaradıb onun əsirliyində qalmaq mərəzindən sağalacaqlarına ciddi bir ümid yoxdur.
Multikultural dəyərlərə ən çox önəm verən ölkə
Azərbaycan bütün dünyada multikultural dəyərlərə ən çox önəm verən, zəngin tolerantlıq ənənələrinə malik ölkələrdəndir. Müxtəlif xalqların nümayəndələri əsrlərdir ki, bu ölkədə mehriban qonşuluq şəraitində yaşayır, fərqli özünəməxsusluqlardan qidalanan zəngin ortaq mədəniyyət formalaşdırır. Azərbaycanda hər kəsin etnik mənsubiyyətinə, inancına, ünsiyyət qurduğu dilə dövlət səviyyəsində də, cəmiyyət ortamında da böyük sayğı var. Əhalinin böyük əksəriyyətinin inancını təşkil edən İslam dini ilə yanaşı, burada mövcud olan digər dini icmalar da dövlətin himayəsi altındadır. Azərbaycan məscidlə kilsənin, sinaqoqun bir-birinin qonşuluğunda yerləşdiyi, heç kimin etiqad azadlığının, milli mənsubiyyətinin sorğulanmadığı, istədiyi dildə rahatlıqla ünsiyyət qura bildiyi, öz dilində təhsil almaq imkanına malik olduğu gözəl ölkələrdən biridir. Ona görə də burada hər kəs özünü rahat hiss edir. Azərbaycanda doğulan, yaşayan insanlar buranı özünə doğma Vətən bilir və Vətəninin təəssübünü çəkir. Azərbaycan həm də multikultural dəyərlərin bütün dünyada yayılmasına çalışan, son onilliklərdə təşəbbüskarı olduğu qlobal layihələrlə, ölkəmizdə keçirilən forumlarla bu istiqamətdə ciddi nəticələrə nail olan ölkədir.
Prezident İlham Əliyev müsahibələrində, çıxışlarında dəfələrlə bəyan edib ki, Azərbaycan Dağlıq Qarabağdakı hərbi xunta rejiminin, bu illər ərzində, demək olar ki, əsarətdə saxladığı erməni vətəndaşlarını da bu bəladan qurtaracaq. Onların ləyaqətli həyatını təmin etməyə çalışacaq. Əlbəttə, bunun üçün zaman tələb olunacaq. Ermənilər fərqində olmalıdırlar ki, övladlarının sağ qalması, ailələrinin, cəmiyyətlərinin rahat həyatı, dövlətlərinin işğalçı mövqeyinə görə illərdir yaşadıqları səfalətli həyatdan qurtuluşları Azərbaycanla sülhdən keçir. Bizim apardığımız dava haqq davasıdır. Azərbaycan əsgəri ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşur. Təcavüzkar Ermənistanın Qarabağa göndərdiyi əsgərlər isə başqasının torpaqlarında işğalçı kimi məhv edilirlər. Artıq Ermənistan cəmiyyətinin bu həqiqəti dərk edib öz yanlışlarını anlaması vaxtıdır.
Azərbaycan Cənubi Qafqaz regionunun əsas inkişaf mərkəzidir
Ölkəmizin təşəbbüskarı və icrası prosesinin əsas iştirakçılarından olduğu qlobal layihələr regionumuz üçün yeni bir gələcək müəyyənləşdirir. Ermənistan özünü bu gələcəyə də işğalçı kimi daxil etmək istəyirsə, onun həmin gələcəkdə yeri olmayacaq. Çünki Azərbaycan Ermənistanın bütün beynəlxalq normaları, BMT kimi ali qurumun qətnamələrini tapdayaraq istədiyi şəkildə davranmasına artıq dözüm göstərmək niyyətində deyil. Dünyanın qabaqcıl, yüksək səviyyədə təchiz olunmuş, sarsılmaz döyüş ruhlu nizami ordusuna, geniş diplomatik əlaqələrə, böyük iqtisadi imkanlara malik Azərbaycan düşmənlə istənilən dildə danışmağa qabildir. Bu gün biz hərbi müstəvidə Ermənistanı diz çökdürmüşük. İşğalçı ölkə diplomatik müstəvidə də Azərbaycan qarşısında aciz durumdadır. Düşmənin bu məğlubiyyəti labüddür və mülki əhalimizə qarşı törədilən qanlı terror əməlləri də qaçılmaz məğlubiyyətin bu ölkədə artıq aydın dərkindən irəli gəlir. Amma düşmən əl atdığı hər ağır cinayətlə öz məğlub aqibətini daha da ağırlaşdırır.
Bizim apardığımız haqq davasıdır, bu davanın qalibi məhz Azərbaycan olacaq!
İradə ƏLİYEVA,
"Azərbaycan”
28-10-2020, 11:28
Mehriban Əliyeva Bərdədə həlak olanların doğmalarına başsağlığı verdi
13-10-2020, 15:43
Ermənilərin Gəncəni atəşə tutması nəticəsində 3 uşaq hər iki valideynini itirib - HESABAT
13-10-2020, 12:19
Milli Məclisin Sədri Sahibə Qafarova ilə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenko arasında telefon danışığı olub
11-10-2020, 10:32
FHN: Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması nəticəsində dağılan evlərin dağıntıları altından 17 yaralı və 8 cəsəd çıxarılıb
5-10-2020, 12:52
Leyla Abdullayeva: 24 mülki şəxs ermənilərin atəşi nəticəsində qətlə yetirilib
28-08-2020, 11:17
XİN Ballıqaya qətliamının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü