“MƏN AZƏRBAYCAN ADINDAN ÇIXIŞ EDİRƏM!”
Gündəm / Siyasət
Oxunub: 304
23 Eyl 2020 | 11:36
“MƏN AZƏRBAYCAN ADINDAN ÇIXIŞ EDİRƏM!” İlham Əliyev BMT-nin tribunasını Azərbaycanın tribunasına çevirdi
Prezident İlham Əliyev sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli, videoformatda keçirilən iclasındakı çıxışının ikinci hissəsinə bu sözlərlə başladı: "İndi mən Azərbaycan adından çıxış edirəm!”
Son dərəcə qürurverici, iftixardoğurucu sözlərlə!
Əslində İlham Əliyevin nitqinin bu hissəsi adi çıxış yox, ali tribunadan Ermənistanın, həm də indiyədək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmayanların, daha doğrusu, mane olanların, artıq faşistləşmiş dövlətə havadarlıq edənlərin açıq, qətiyyətli və cəsarətli ifşası idi!
Ermənistanı ərköyünləşdirən, bütün şıltaqlıqlarına dözümlülük göstərən, başını sığallayan, cibinə pul qoyan, əlinə silah verənlərin riyakar əməllərinin ifşası!
Bu, xalqının dəstəyinə, dövlətinin ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyinə, yaratdığı güclü iqtisadiyyata və qüdrətli orduya güvənən böyük rəhbərin, Ali Baş Komandanın atacağı növbəti addımlar qabağı ciddi xəbərdarlıqları da sayıla bilər!
Daha Azərbaycanın haqqın-ədalətin öz yerini tutacağına olan inamının, mənasız və məntiqsiz danışıqlarda iştirak etmək üçün səbrinin, indiyədək Ermənistana bir dəfə işğalçı deməyərək "tarazlaşdırma” siyasəti yolunu tutanlara göstərilən dözümünün tükəndiyinin, Ermənistanın qanunsuz məskunlaşdırma siyasətinə göz yumanların ikibaşlı oyunlarına baxmaqdan yorulduğunun bəyanı idi!
Artıq bıçaq sümüyə dirənib!
İLHAM ƏLİYEVİN İFŞA HƏDƏFLƏRİ
Biz daim Prezidentimizin söylədiyi dərin məzmunlu, güclü məntiqə söykənən, səlis, rəvan, birbaşa hədəfi vuran nitqlərini böyük diqqət və məhəbbətlə dinləmişik!
Bu nitqin sinədəftər söylənilməsi bizə xüsusi zövq, ləzzət verib!
İlham Əliyevin Ulu Öndərə xas kompüter yaddaşına, hətta nitqinin bir neçə saat davam etdiyi vaxtlarda da belə kiçik bir yanlışlığa, redaktəyə ehtiyacı olan cümləyə yol vermədiyinə heyran qalmışıq!
Prezidentimizin son dövrlərdəki nitq və müsahibələri isə məzmun, dəqiqlik və dürüstlük, məntiqlilik baxımından heyranedicidir!
Bu dəfə İlham Əliyev çıxışını yazdığı mətndən oxuyurdu.
Bu, zərurətdən yaranmışdı, ayrılan müddətdə demək istədiklərinin hamısını söyləyə bilmək zərurətindən!
Hamımızın ürəyindən tikan çıxaran təkcə Prezidentimizin nitqindəki sərtlik, qətiyyət, ifşaedici mahiyyət və hədəfi dəqiq vurma məharəti deyildi.
Əslində İlham Əliyev çıxışı müddətində BMT-nin ali tribunasını Azərbaycanın tribunasına, Azərbaycan xalqının və dövlətinin maraqlarını əks etdirən kürsüyə çevirmişdi!
Bunu isə hər siyasətçi, hər diplomat, hər dövlət xadimi, hər rəhbər bacarmır!
Azərbaycan Prezidenti bu tribunadan forpost Ermənistanın hansı əməllərini ifşa etdi?
Bu məqamda diqqəti İlham Əliyevin nitqindən gətirdiyimiz sitatlara çəkmək istəyirik:
* "Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir”.
* "BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir”.
* "Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir”.
* "Ermənistan Xocalı soyqırımını törətmişdir”.
* "Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir”.
* "Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib”.
* "Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir”.
* "Ermənistan sonuncu təxribat aktını iyul ayında Ermənistan-Azərbaycan sərhədində törətdi. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu”.
* "Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur”.
* "Onun "Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir”.
* "O, (Ermənistanın baş naziri - B.S) danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz "yeddi şərti” tərəfimizdən rədd edilmişdir”.
* "Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir”.
* "Ermənistanın müdafiə naziri Azərbaycanı "yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir”.
* "Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir”.
* "Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib”.
* "Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və Azərbaycanofob fikirlər əks olunub”.
İLHAM ƏLİYEVİN DƏYİŞMƏZ PRİNSİPLƏRİ
İlham Əliyev BMT-nin tribunasından dəyişməz prinsiplərini əks etdirən "Azərbaycan bir qarış torpağını da düşmənə güzəştə getməyəcəkdir”, "Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verməyəcəkdir” mövqeyini də bir daha qətiyyətlə səsləndirdi: "Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyünün çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir”.
Bunları söyləməklə İlham Əliyev əslində dünya ictimaiyyətinə iki mesajını da çatdırdı:
"Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir”.
"Biz BMT-ni və beynəlxalq istimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməsinə dəvət edirik”.
Bu xəbərdarlıqlar düşmənin başlayacağı yeni müharibə qorxusundan doğmurdu!
Əksinə, güclü dövlətə, orduya arxalanan Ali Baş Komandanın ultimatumu sayıla bilərdi!
Həm də sabah düşmən qoşunlarını torpağımızdan hərbi vasitələrlə qovub çıxaranda bizə "Münaqişənin sülh yolu ilə həllindən başqa variant yoxdur” çağırışını etməyin” xəbərdarlığı idi!
Bu gün xalqına, ordusuna, Türkiyə kimi dostuna və qardaşına arxalanan İlham Əliyev ən qətiyyətli addımlar atmaq niyyətindədir!
Və bunu heç kəsdən gizlətmir!
Bəli, Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edən müharibəyə tam hazırdır!
Bu istək əslində Azərbaycan xalqının müqəddəs arzusu və istəyidir!
Xalq bu yolda öz rəhbəri və Ali Baş Komandanı ətrafında yumruq kimi birləşib!
Hamı çox gözəl anlayır ki, bu niyyəti ancaq cənab İlham Əliyev gerçəyə çevirə bilər!
Yalnız İlham Əliyev!
Odur ki, xalq öz Prezidentini sevir, ona arxalanır, müdafiə edir, ümid və inamla baxır!
SON XƏBƏRDARLIQ
İLHAM ƏLİYEV ARTIQ MÜHARİBƏNİN QAÇILMAZ OLDUĞUNU BƏYAN ETMƏKLƏ:
* mənasız və Ermənistanın şıltaqlıqlarının əsiri olan danışıqlara...
* "Qarabağ Ermənistandır” sərsəmləməsinə...
* "yeni müharibə, yeni ərazilərin işğalı” hədəsinə;
* Dağlıq Qarabağı Ermənistana birləşdirmək cəhdinə...
* Azərbaycana məxsus təbii sərvətlərin sistemli şəkildə talanına...
* Azərbaycan torpaqlarında xaricdən gətirilən erməni ailələrinin və terrorçuların yerləşdirilməsinə...
* Azərbaycan xalqına məxsus dini, mədəni və tarixi abidələrin məhvinə, yer adlarının dəyişdirilməsinə və ərazilərin erməniləşdirilməsinə son qoyan...
* işğaldakı torpaqları faşistpərəst qüvvələrdən və terrorçulardan təmizləyən...
VƏTƏN MÜHARİBƏSİNƏ TAM HAZIR OLDUĞUMUZUN ANONSUNU VERDİ!
İndi hər şey aqressivləşən Ermənistandan, 28 ildir sülhyaratma missiyası adı ilə baş qatan ATƏT-in Minsk qrupundan, qətnamələri kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasından asılıdır!
Bütün dünya bilir: İlham Əliyev sözünün sahibidir!
İlham Əliyev dediyini edəndir!
Budəfəki xəbərdarlığını isə BMT-nin tribunasından etdi!

Bəxtiyar SADIQOV

22-09-2020, 11:38
İlham Əliyev: "Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir"
22-09-2020, 11:30
BMT-nin iclasında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın bir daha dünyada söz sahibi olduğunu göstərdi - Deputat
3-09-2020, 13:59
NATO Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik Komitəsinin video konfrans formatında iclası keçirilib
16-07-2020, 13:03
Prezident İlham Əliyev: Ermənistanın hərbi təxribatı məhz iyulun 12-də törətməsi təsadüfü deyil
5-01-2019, 12:22
İbrahim Karaosmanoğlu: Prezident İlham Əliyevin Türkiyədə “İlin dövlət başçısı” seçilməsi qürurverici hadisədir
1-01-2019, 11:56
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində prinsipial mövqeyimizdə qalırıq
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü