Kitabxanaların vəziyyəti ürəkaçan deyil - RƏY

Bu da daha çox internet resurslarının inkişafı, kütləvi informasiya vasitələrinin güclənməsi ilə bağlıdır. İnsanlar daha çox buradan nələrisə öyrənməyə, əldə etməyə çalışırlar. Ancaq hesab edirəm ki, ölkə prezidentinin son fərmanı kitabxanalarımızın vəziyyətinin yaxşılaşmasına gətirib çıxaracaq, onlar daha müasir və modern vəziyyətə salınacaq.
Bunu capar.info-a açıqlamasında professor, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin üzvü Fəzail İbrahimli ölkə prezidenti İlham Əliyevin Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında son fərmanına münasibət bildirərkən deyib.
O, sözügedən fərmanı müsbət hesab etdiyini və alqışladığını bildirib.
“Çünki hər bir imzalanan fərmanın, sərəncamın arxasında müəyyən fikirlər, düşüncələr, faktlar, rəqəm dayanır. Bu baxımdan, hesab edirəm ki, son fərman ölkədə kitabxanaların vəziyyətinin yaxşılaşdırılmasına, arzuolunan səviyyə çatdırılmasına öz töhfəsini verəcək.
Dediyim kimi, bu gün kitabxanalarımızın vəziyyəti ürəkaçan, qaneedici səviyyədə deyil, bəzilərinin heç aylarla qapısı açılmır, gedən olmur. Ona görə də bu fərman çox vacib, əhəmiyyətlidir və ölkədə kitabxana sisteminin yenidən formalaşmasına, kitabxanaların müasirləşdirilməsinə, modernləşdirilməsinə gətirib çıxaracaq. Mən belə düşünürəm”, - deyə millət vəkili əlavə edib.
Millət vəkili, yazıçı-dramaturq Hüseynbala Mirələmov həmkarı kimi, dövlət başçısının kitabxanalarla bağlı son fərmanını dəstəklədiyini və təqdir etdiyini bildirib.
O qeyd edib ki, belə bir fərmana zəruri ehtiyac var idi, çünki kitabxanaların (müəyyən istisnalarla) vəziyyəti arzuolunmaz durumda idi:
“Bu məsələ də hər zaman müzakirə obyekti olan, gündəmdən düşməyən bir məsələ idi. Çünki hamını düşündürür, narahat edirdi. Parlamentdə, üzvü olduğum Mədəniyyət komitəsinin özündə də dəfələrlə kitabxanalarla bağlı vəziyyətin ürəkağrıdıcı olması barədə danışılır, fikirlər, təkliflər səsləndirilirdi. Hətta bu yöndəki mövcud qanunun yenidən işlənilməsi və tam təkmil, mükəmməl qanun layihəsinin hazırlanması təklifləri də səsləndirilirdi. Hesab edirəm ki, bunlar da əsaslı idi.
Hesab edirəm ki, həm kitabxanalarımızın vəziyyətinin yaxşılaşdırılmasına, həm yeni qanun layihəsinin hazırlanması, müzakirələrə çıxarılmasına ehtiyac var.
Bəzən belə əsassız fikirlər, iddialara da rast gəlinir ki, ay nə bilim, internet resursları olan yerdə, kitabxanalara getməyə nə ehtiyac var, əvvəlki kimi, əlində kitab tutub oxumağa ehtiyac yoxdur, düyməni bas, istənilən yerdən, istənilən kitabla, ədəbiyyatla tanış ol.
Mən isə bunları qəbul etmirəm. O kitabı ki canlı şəkildə, əlində tutub oxumayacaqsan, onun ləzzəti olmayacaq. Bu baxımdan, kitabxanlarımızın daha müasir və modern vəziyyətə gətirilməsi lazımdır. Yəni insanlar 25-30 il öncə olduğu kimi, kitab oxumaq üçün yenidən kitabxanalara axışsınlar, kim istəyir elektron variantda, kim də istəyir yazılı, çap, kitab variantında oxusun, biliklənsin.
Odur ki, ölkə prezidentinin bu istiqamətdəki son fərmanını dəstəkləyir, təqdir edir və bildirmək istəyirəm ki, bu, mütləq öz müsbət nəticəsini, səmərəsini verəcək”.
26-12-2018, 14:00
Aİ-nin qeyri-müəyyən ssenariləri: analitik xəbərdarlığı və Brüsselin laqeydliyi
11-12-2018, 13:44
Çexiya BMT-nin konfransını boykot etdi: daha 30 ölkə...
11-12-2018, 13:35
"Şouda son sözü məhz onlar deyəcək" - Murad Dadaşovdan açıqlama
28-11-2018, 13:28
Ağstafa mədəniyyət şefi İH başçısı ilə niyə yola getmir? - Korrupsiya ittihamı..
5-11-2018, 14:58
Əli Məsimli: Büdcədə əməkhaqqının payı çox aşağıdır
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü