Los Ancelesdə erməni lobbisinin hərəkəti yəhudi icmasını ayağa qaldırdı
Los Ancelesdə erməni lobbisinin İsraili Nasist Almaniyası ilə eyniləşdirməsi ilə bağlı Bakı Şəhəri Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin yazdığı məqalə 22 oktyabr tarixində ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan, Los Ancelesdə nəşr edilən "Jewish Journal” qəzetində dərc olunub.Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən xəbərə görə, məqalədə qeyd olunub ki, İsrailin Azərbaycana dəstəyinə etiraz olaraq Los Ancelesdəki erməni lobbisi ötən həftə İsrail Baş Konsulluğu qarşısında mitinq keçirib. Həmin mitinqdə İsrailə ünvanlı "Sizin Nasist Almaniyasından heç bir fərqiniz yoxdur” şüarı nümayiş etdirilib.
M.Yevdayev Ermənistandakı anti-semitizmin baş alıb getdiyini, nüfuzlu "Anti-Defamation League” yəhudi təşkilatının araşdırmasına əsasən Ermənistanın Avropada ikinci, dünyada isə Yaxın Şərq və Şimali Afrika xaricində üçüncü ən anti-semit ölkə olduğunu dilə gətirir.
Müəllif bundan başqa Ermənistanın İkinci Dünya Müharibəsi illərində nasist Almaniyası ilə əməkdaşlıq etmiş erməni general Qaregin Njdeni milli qəhrəman səviyyəsinə qaldırdığını, ona Yerevanda heykəl ucaltdığını və nasistlərə xidmət etmiş digər bir erməni general Drastamat Kanayanın adının da dövlət səviyyəsində əbədiləşdirildiyini qeyd edir. Los Ancelesdə qeyd olunan aksiyanı keçirən Erməni Gənclər Federasiyası (Armenian Youth Federation) təşkilatının da vaxtilə məhz Q.Njde tərəfindən yaradıldığını diqqətə çatdırır.
M.Yevdayev eyni zamanda bir neçə gün öncə Ermənistanın Almaniyanın "Almaniya üçün Alternativ” (Alternative für Deutschland) partiyasının neo-nasist üzvlərini Azərbaycanın işğal olunmuş ərazilərinə dəvət etdiyini bildirir.
M.Yevdayev Ermənistanın bütün bu qanunsuz və insanlıqdan kənar hərəkətlərinin fonunda yəhudi, müsəlman və xristianların çiyin-çiyinə birgə xidmət göstərdikləri Azərbaycan Silahlı Qüvvələrinin mülki əhalimizi qorumaq və Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızı azad etmək yolunda inamla irəlilədiyini vurğulayır.
ABŞ-ın ən böyük yəhudi təşkilatlarından olan və 400 min insanı özündə birləşdirən Simon Vizental Mərkəzi (Simon Wiesenthal Center) Milix Yevdayevin məqaləsini öz "Twitter” hesabından paylaşaraq, radikal erməni lobbisinin İsraili Nasist Almaniyası ilə eyniləşdirmək cəhdini iyrənc adlandırıb və Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, ölkə ərazisində xristian və yəhudilərin hüquqlarının qorunduğunu və İsraillə yaxşı münasibətlər qurulduğunu qeyd edib.
Məqalə ABŞ-da geniş yayılıb.
Məqalənin tam mətni ilə bu linkdə tanış olmaq olar:
https://jewishjournal.com/commentary/blogs/323425/armenian-protest-in-los-angeles-equates-israel-to-nazi-germany/
22-10-2020, 11:05
Azərbaycan və Türkiyə diplomatları Amerika Dövlətləri Təşkilatının ermənipərəst baş katibini ifşa etdilər
9-10-2020, 13:30
Ermənistan İsrailin silah satmasını haqsız olaraq tənqid edir - Hikmət Hacıyev
15-07-2020, 13:40
“Los Angeles Times”da Ermənistanın son təxribatı ilə bağlı məqalə dərc edilib
24-01-2019, 13:03
“The Jerusalem Post”: İsrail-Azərbaycan strateji tərəfdaşlığı möhkəmlənir və genişlənir
18-01-2019, 16:16
Sevinc Fətəliyeva: Azərbaycan elə qüdrətli dövlətdir ki, onunla qətnamə dili ilə danışmaq, ona təzyiq etmək mümkün deyil
27-12-2018, 13:21
Salah "Liverpul"u təhdid etdi: Yəhudi futbolçu alınsa, klubdan gedəcək
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü