Dünyada bu gün
Dünya
Oxunub: 445
4 Eyl 2020 | 09:49
Dünyada bu gün ƏHSƏN DADAŞOV

(1924-1976)

Azərbaycanın əməkdar artisti, tarzən Əhsən Əliabbas oğlu Dadaşov 4 sentyabr 1924-cü ildə Bakı şəhərində anadan olub. 1938-ci ildə 1 saylı Azərbaycan Dövlət Musiqi Texnikumunun tar sinfinə qəbul olub. Səid Rüstəmov, Ənvər Mənsurov və Mirzə Mənsur Mənsurovdan tar ifaçılığı sənətində muğam üzrə dərs alıb. 1940-cı ildə Səid Rüstəmovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Orkestrinə qəbul edilib. 1960-cı ildə Azərbaycan Televiziyasının nəzdində Xalq Çalğı Alətləri Ansamblı yaradıb və ömrünün sonuna kimi bu ansamblın bədii rəhbəri olub. Onun lentə yazdırdığı "Rast", "Orta Mahur", "Şur", "Zabul-Segah", "Hümayun", "Vilayəti-Dilkeş", "Çahargah", "Bayatı-Şiraz" və başqa muğamlar Azərbaycan Teleradiosunun "qızıl fond"unda saxlanılır. Əhsən Dadaşov 30 may 1976-cı ildə vəfat edib.

HƏMİD AXUNDLU

(1909-1964)

İctimai-siyasi xadim, yazıçı Həmid Məmmədrəhim oğlu Axundlunun xatirə günüdür. O, 1909-cu il martın 21-də Bakının Əmircan kəndində ruhani ailəsində anadan olub. Orta təhsilini şəhər məktəbində alıb. Gənclik illərində Suraxanı rayon komsomol komitəsində çalışıb. Əmək fəaliyyətinə 1927-ci ildə kənd uşaq kitabxanasında başlayıb. 1927-1941-ci illərdə neftçilərin mədəniyyət sarayında kitabxana müdiri, "Neft uğrunda" qəzetində məsul katib işləyib. 1941-1942-ci illərdə sovet ordusunudaCənubi Azərbaycanda olub. İrandan qayıtdıqdan sonra Suraxanı Rayon Partiya Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, Azərbaycan Teleqraf Agentliyində direktor müavini vəzifəsində çalışıb. Azərbaycan KP MK-nın qərarı ilə Respublika Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti sədrinin müavini təyin olunub və ömrünün sonuna qədər bu vəzifədə işləyib. Ədəbi yaradıcılığa 1930-cu ildən başlayıb. İlk hekayəsi "Ədəbiyyat cəbhəsində" jurnalında çap edilib. Daha sonra "Nəhənglər", "Kələfin ucu", "50 il buruqlar arasında", "Ağır günün dostları", "Toy gecəsi", "Seçilmiş əsərləri" kitabları buraxılıb. Həmid Axundlu 1964-cü il sentyabrın 4-də dünyasını dəyişib və doğulduğu kənddə dəfn olunub.

ƏZİZƏ CƏFƏRZADƏ

(1921-2003)

Azərbaycanın xalq yazıçısı, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Əzizə Məhəmməd qızı Cəfərzadənin anım günüdür. O, 29 dekabr 1921-ci ildə Bakıda anadan olub. İbtidai təhsilini 25 nömrəli məktəbdə alıb. Daha sonra təhsilini Teatr Texnikumunda və ikiillik Müəllimlər İnstitutunda davam etdirib. Təyinatla Ağsu rayonunun Çaparlı kəndində müəllim işləyib. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında Ssenari şöbəsinin müdiri, Teatr Texnikumunun müdiri, Azərbaycan Elmlər Akademiyasının (AEA) Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri işləyib. 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru olub. XX əsr Azərbaycan nəsrində onun yaradıcılığının xüsusi yeri var. “Natəvan haqqında hekayələr”, “Aləmdə səsim var mənim”, “Vətənə qayıt”, “Yad et məni”, “Bakı-1501”, “Cəlaliyyə”, ”Sabir”, “Eldən-elə”, “Bir səsin faciəsi”, “Zərrintac-Tahirə”, “İşığa doğru”, “Bəla”, “Rübabə-sultanım”, “Xəzərin göz yaşları” və başqa əsərlərini qələmə alıb. Əzizə Cəfərzadə 4 sentyabr 2003-cü ildə vəfat edib və öz vəsiyyəti ilə Hacıqabul rayonunun Tağılı kəndində dəfn edilib.

ƏLFƏDDİN ABDULLAYEV

(1929-2014)

Azərbaycanın tanınmış həkimi, tibb elmləri namizədi Əlfəddin Abdullayev də bu gün xatırlanır. O, 1929-cu il martın 2-də Oğuz rayonunun Xal-xal kəndində anadan olub. 1946-cı ildə Azərbaycan Tibb İnstitutuna daxil olub. Təyinatla Cənubi Qazaxıstanda işləməyə göndərilib, Xocakənd kənd xəstəxanasında baş həkim, sonra rayon mərkəzində həkim-terapevt işləyib. Üç il Qazaxıstanda çalışandan sonra 1955-ci ildə Azərbaycana qayıdıb. 1956-cı ildə tibb elmləri namizədi alimlik dərəcəsi alıb, 1965-ci ildən 1968-ci ilə qədər Səhiyyə Nazirliyinin dördüncü idarəsinin (Leçkomissiya) birinci poliklinikasında təxirəsalınmaz xidmət üzrə baş həkimin müavini və həkim-endokrinoloq işləyib. Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ənvər Əlixanovun şəxsi həkimi, Azərbaycan Tibb Universitetinin "Tibb kadrları" qəzetinin redaktoru, 4 saylı Şəhər Xəstəxanasının baş həkimi, Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Azərbaycan Televiziyasında "Sağlamlıq" verilişinin aparıcısı kimi böyük populyarlıq qazanan Əlfəddin Abdullayev 2014-cü il sentyabrın 4-də Bakı şəhərində dünyasını dəyişib.

ƏHMƏD ABDULLAYEV

(1976-2010)

Şəhid Əhməd Hüseynağa oğlu Abdullayevin anım günüdür. O, 1976-cı il iyulun 30-da Cəlilabad rayonunda anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, İstanbul Hərbi Məktəbində və Ankara Hərb Akademiyasında təhsil alıb. Dünyanın bir çox ölkələrində keçirilən hərbi təlimlərdə iştirak edib. Xüsusi təyinatlı dəstədə qrup komandiri vəzifəsində çalışıb. Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib. Azərbaycan Ordusunun kapitanı Əhməd Abdullayev 2010-cu il sentyabrın 4-də Tərtərin Çiləbürt kəndi yaxınlığında gedən döyüşlərdə erməni qəsbkarlarının hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub və Cəlilabadda dəfn edilib. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. İki oğlu yadigar qalıb.

FƏRİD ƏHMƏDOV

(1986-2010)

Şəhid Fərid Güloğlan oğlu Əhmədovun xatirə günüdür. O, 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə Cəlilabad şəhər Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2007-ci ildə oranı bitirib, 2007-2008-ci illərdə Təlim-Tədris Mərkəzində leytenant rütbəsi almaq üçün kurs keçib. 2008-2009-cu illərdə Gəncədə xidmət edib. 2010-cu il sentyabrın 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun nəşi düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun nəşi ilə birlikdə qaytarılıb. Hər ikisi II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Prezidentinin sərəncamı ilə baş leytenant Fərid Əhmədov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

25-08-2020, 10:31
Dünyanın bu günü
4-08-2020, 17:51
İlham Əliyev deputat Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzaladı
2-08-2020, 11:22
Dünyada bu gün
21-06-2020, 12:23
Dünyada bu gün
10-06-2020, 12:08
Aqşin Babayev vəfat edib
21-01-2019, 12:23
Şəfiqə Axundovanın anadan olmasından 95 il ötür
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü