Ələkbərovun sərvəti artdı - 4.6 milyard dollar
2018-ci il bütün dünyada investorlar üçün son dərəcə təlatümlü olub. İqtisadi və siyasi qeyri-müəyyənlik şəraitində milyarderlərin çoxu xeyli pul itirib. Eyni zamanda, kataklizmlərə rəğmən, öz kapitalını artıranlar da az olmayıb. Amerikada çıxan “Forbes” jurnalı 2018-ci ildə sərvətinin miqdarı artmış və ciddi maddi itkilərlə üzləşmiş sahibkarların reytinqini tərtib edib.Unikal.org xəbər verir ki, 2018-ci ildə öz kapitalını artırmış sahibkarların siyahısında “LUKoyl” şirkətinin baş direktoru Vahid Ələkbərovun da adı var. Keçən il onun sərvətinin dəyəri 4,6 milyard dollar artaraq 19,5 milyard dollara çatıb. “LUKolyl” şirkəti bildirib ki, 2018-ci ildə şirkətin gəlirinin kəskin şəkildə artması əsasən neftin və qazın qiymətlərinin artması və Rusiya rublunun zəifləməsi ilə bağlıdır. Onun səhmlərinin qiyməti 29 faiz artıb.
Amerikalı sahibkar, “Amazon.com” internet şirkətinin rəhbəri və banisi Ceff Bezos öz sərvətini 27,9 milyard dollar artırıb. 2018-ci ildə “Amazon” həm Türkiyə və Hindistan kimi inkişaf etməkdə olan ölkələrin bazarlarında mövqeyini genişləndirib, həm də rekord məbləğdə mənfəət əldə etdiyini, Nyu-Yorkda və Arlinqtonda (Virciniya ştatı) özünün ikinci qərargahını açdığını bildirib. Sentyabr ayında “Amazon” şirkətinin səhmlərinin dəyəri rekord səviyyəyə çatıb. Lakin o vaxtdan bəri satışın həcmi gözlənildiyindən aşağı olub və bu səhmlər təqribən 25 faiz ucuzlaşıb. Bununla belə, səhmlərin dəyəri keçənilki ilə müqayisədə hələ də 30 faiz yuxarıdır. Ceff Bezosun sərvətinin dəyəri 126,2 milyard dollar həddindədir.
Yaponiyalı biznesmen, “Fast Retailing Co.” şirkətinin banisi və prezidenti Tadaşa Yanayanın sərvətinin dəyəri 7 milyard dollar artıb və hazırda 27,1 milyard dollar səviyyəsindədir. “Uniqlo” ticarət şəbəkəsinin baş şirkəti “Fast Retailing Co.”nun səhmləri 2017-ci ilin dekabr ayından bəri təqribən 33 faiz bahalaşıb. “Uniqlo”nun məhsullarının beynəlxalq bazarlarda satış həcmi də sevindiricidir: bu göstərici ilk dəfə olaraq Yaponiyadakı satış həcmindən çox olub.
Amerikalı sahibkar və ictimai xadim, “Microsoft” şirkətinin banilərindən biri və əvvəllər onun ən böyük səhmdarı olmuş Bill Qeytsin sərvəti 2018-ci ildə 2,9 milyard dollar artıb. Qeyts “Microsoft” şirkətinin rəhbəri vəzifəsini çoxdan tərk etdiyinə və orada öz payının çox hissəsini satdığına baxmayaraq, proqram təminatı istehsalı üzrə ən iri transmilli korporasiyalardan biri olan “Microsoft” ona hələ də sanballı gəlir gətirməkdə davam edir. Hazırda Bill Qeytsin sərvəti 93,9 milyard dollar həddindədir.
Amerikalı mühəndis, sahibkar, ixtiraçı və investor İlon Mask 2018-ci ildə öz sərvətinin dəyərini 2,8 milyard dollar artıraraq, 22,5 milyard dollara çatdırıb. 2018-ci ildə Maskın tvittləri onun üçün xeyli problem doğurub, o cümlədən 20 milyon dollar həcmində SEC cəriməsi ödəməli olub. Buna baxmayaraq, “Model 3” elektromobilinin satışı sayəsində “Tesla” şirkətinin səhmləri ötən ili müsbət nəticə ilə başa vurub
6-01-2019, 14:33
2018-ci ildə Azərbaycan Türkiyədən müdafiə və aviasiya sənayeləri məhsullarının idxalını 86 faiz artırıb
22-12-2018, 15:15
Neftin qiyməti ucuzlaşır
19-12-2018, 14:22
Yanvar-noyabrda Azərbaycandan MDB ölkələrinə 1 milyard dollar dəyərində məhsul ixrac olunub
14-12-2018, 13:13
Podratçıları Azərbaycanda 11 milyard dollara yaxın məbləğdə sifariş yerinə yetirib
3-12-2018, 11:34
Neftin qiyməti 5% artıb
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü