Zəngəzur qartalı
Cəmiyyət
Oxunub: 431
3 Kas 2020 | 11:09
Zəngəzur qartalıŞəhid təkcə bir evin, bir ananın şəhidi olmur. O, bütöv bir yurdun, elin, bütün anaların şəhidi olur. Torpaq üzərinə çilənən qanları bütün xalqın ürəyində o şəhidə qarşı məhəbbət toxumu səpib, onu əbıdiləşdirir könüllərdə. Bu əbədiyaşar qəhrəmanlardan biri də "ZƏNGƏZUR QARTALI" adı ilə tanınan şəhid Şahin Əsgərovdur.
Şahin Əsgərov 1971-ci il 23 fevralda qərbi Azərbaycan ərazisinində--- Zəngəzur mahalının Gorus rayonun Qurdqala kəndində , ziyalı ailəsində dünyaya göz açmışdır. 1977-ci ildə elə həmin kənddə səkkizinci sinfə qədər əla qiymətlərlə oxumuş, qalan təhsilini isə Fizuli rayonunda davam etdirir. Uşaqlıq illərində çox sakit və ağıllı olmağı ilə hamının sevimlisinə çevrilən Şahini başqalarından fərqləndirən, onu nəsildə daha çox sevdirən Vətənə olan sevgisi idi. Həm ziyalı, həm də qəhramanlar yetirən bir nəsildən olmaq hər fürsətdə özünü büruzə verirdi. Onun ana babası Aslanbəy Sultanov "Zəngəzur aslanı" kimi tanınmış, hərbi komissar olmuşdur. Sovetlər dönəmində isə babası Məmmədov İsrafil İzzət oğlu və babasının iki qardaşı komissar və komissar müavini olaraq ikinci dünya müharibəsində iştirak etmişlər. Babası Məmmədov İsrafil müharibədən döndükdən sonra "Kənd Soveti" n-də işləmiş, müharibədən geri dönməyənlərin ailəsinə yardım etmişdir. Babası hər zaman Şahinə və onun kiçik qardaşı Firiduna öyüd nəsihət verərək, onları qəhraman ruhda yetişdirmişdir. 1988-ci ildə ermənilərin törətdiyi qırğınla bağlı ailəsi məcbur olaraq Qubadlı rayonuna köçür.
1989-cu il 1iyunda həqiqi hərbi xidmətə gedir. Xidmətinin birinci ilini Leninqradda, ikinci ilini isə Qazaxıstanda başa vurub 1991-ci il iyul ayında geri dönür. O, dönərkən artıq döyüşlər başlamış, vətən təhlükə qarşısında idi. Lakin ailəsi onun toyunu görmək arzusu ilə yaşayırdı. Onun üçün kənddən olan bir qıza elçi gedilir və el adəti ilə ən gözəl nişan qeyd ediiir. Şahin isə bu işin hələ tez olduğunu anasına deyərək Vətənin ona ehtiyacı olduğunu qeyd edir. Onun üçün vətənə xidmət hər şeydən üstün idi. Könüllü olaraq adını siyahıya daxil edilməsi haqqında müraciət edir. Çağırış vərəqəsi gələn kimi 1992-ci ildə könüllü olaraq "723" nömrəli batalyonun tərkibində döyüşlərə qatılır. Həmin vaxtlarda artıq Şahinin dayısı oğlu Məmmədov Müşfiq Yusif oğlu Şuşanın keçirilən"Daşaltı əməliyyatı"n-da iştirak edərək şəhid olmuşdu.Onun ilk döyüşü 1992-ci il 28 iyunda olan "Qırmızı bazar" döyüşü olmuşdur. Şahin susuz qalan yaralılar və əsgərlər üçün erməni postu ilə sərhəd olan bulaqdan su gətirmək istəyir. Lakin geri qayıdarkən yolda erməni əsgərləri ilə rastlaşır. Bu döyüşdə 5 yoldaşdan ibarət dəstədən bir nəfər şəhid olur., 2 nəfər yaralanır.Şahin həmin illərdə dəfələrlə qəhrəmanlıqlar göstərmiş, Divanlılar - Martuni istiqamətində gedən döyüşlərdə ermənilərə məxsus hərbi maşını partladır, 8 erməni əsgərini öldürür, düşmən mühasirəsinə düşmüş yaralı döyüş yoldaşlarını xilas etmişdir. 18 sebtyabr 1992 -ci ildə Haçadağ uğrunda gedən bir Lənkəran batalyonuna bələdçilik etmişdir. 1992-ci il 26 avqustda kiçik qardaşı Firidun həqiqi hərbi xidmətə çağırılır. Şahin nə qədər xahişi etsə də qardaşı onun yanında xidmət etmək istəmir ki, "qardaş, onsuz da sən məni döyüşməyə qoymayacaqsan "; - deyir. Əvvəllər Əsgərov Firidun əmisi uşaqları Elnur Əsgərov, Baxış Əsgərov dayısı oğlu Etibar Məmmədovla birgə Adil Haşımovun Qubadlıda yerləşən ikinci batalyonunda döyüşmüşdülər. Kiçik qardaşın xidmət yaşı çatmasa belə. Xidmət etmək üçün Firidun Naxçıvana yollanır. Xidmətinin üçüncü ayında Firidun elə Naxçıvanda "706" saylı kəşfiyyat taboruna göndərilir. Firidun Fizuli rayonu Əhmədalılar kəndinə gələrkən artıq qardaşı Şahinin şəhid olmasından xəbər tutur. Zəngəzur qartalı
Şahin çox mərd bir insan , qəhraman, qorxmaz döyüşçü idi. Onun yanına bir neçə dəfə gələn qardaşı Firidun döyüş yoldaşlarının onun cəsarəti haqqında qürurla danışırdılar.O, hətta nazirlikdən gələn təklifi qəbul etmir. "Mənim burada rahat stol arxasında oturub orada qoyub gəldiyim döyüşçü yoldaşlarımın döyüşməyinə vicdanım heç vaxt razılıq olmaz, mən özüm ancaq orada döyüşə bilərəm " - deyərək etiraz edir. Şəhid olmamışdan bir gün əvvəl evə gələrək dostları ilə görüşüb yenidən geri qayıdır. Oktyabrın 23-dən 24-ə keçən gün gecə saatlarında bir neçə saatlıq əməliyyat keçirilir. Hücum zamanı Şahin yaralı əsgər və uşaqları təhlükəsiz yerə çıxarır, bir yaşlı kişini özünə qəsd etməkdən qurtarır. Qatıldığı bu döyüş isə onun sonuncu döyüşü olur. Şahin qəhrəmanlıqla həlak olur. Şahinin qəhramanlıqlarını saymaqla bitməz. O, cəsarəti, qorxmaz bir əsgər idi. Onun haqqında döyüş yoldaşları və komandiri hər zaman qürurla danışır.
Onun adını əbədiləşdirmək üçün Fizuli rayon Əhmədalılar kəndində yerləşən mədəniyyət evinə Şahinin adı verilir. 2019-cu ildə onun qəhrəmanlıq yolundan bəhs edən "Zəngəzur qartalı" adlı kitab çap edilərək Fuzili rayonu Muğam mərkəzində təqdimatı keçirilib.

Atlaz Rzayi
14-10-2020, 19:24
Bakılı rus şəhid Denis Qarabağa niyə getmişdi: “Generalın qisasını alacam”... - REPORTAJ
4-09-2020, 09:49
Dünyada bu gün
22-08-2020, 14:37
Bu təxribatlar törədilərkən Azərbaycan beynəlxalq aləmdə də Ermənistana sarsıdıcı zərbələr vurdu
30-05-2020, 11:02
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb
28-12-2018, 12:45
Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı prosesi 2019-cu il ərzində tam yekunlaşacaq
22-11-2018, 13:54
Bu həftə 300-dən çox şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödəmə veriləcək
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü