QMİ rəsmisi: “Bu il kütləvi şəkildə qurban kəsimi üçün yer ayrılmayıb”
Cəmiyyət
Oxunub: 434
29 Tem 2020 | 09:34
QMİ rəsmisi: “Bu il kütləvi şəkildə qurban kəsimi üçün yer ayrılmayıb” 31 iyul və 1 avqustda Azərbaycanda Qurban bayramı qeyd ediləcək

“Qurban bayramı ilə bağlı müzakirələr aparılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın, TƏBİB mütəxəssislərinin tövsiyəsi bu olub ki, kütləvi şəkildə Bakıda qurban kəsmək üçün yer ayrılmasın”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. O deyib ki, əvvəlki illərdə qurban kəsmək üçün müəyyən yerlər təşkil olunurdu, çoxlu sayda adamlar da həmin yerlərə gedib qurban kəsdirirdi: “Amma koronavirusla bağlı hazırkı vəziyyət təhlükə yaradır. Dövlət var gücü ilə vəziyyətin düzəlməsi üçün çalışır. Hamımız da bir olub bu tövsiyələrə əməl etməliyik. Ona görə də bu il kütləvi şəkildə qurban kəsmək üçün yerlərin ayrılmasına icazə verilmədi”.
Fuad Nurullayev qeyd edib ki, qurban kəsmək şəriətdə vacib əmr deyil: “Qurban kəsməyin vacibliyi Məkkədə ziyarətdə olan insanlar üçündür. Amma ümumilikdə vacib şərt deyil, savabdır”.
Onun sözlərinə görə, bu gün də tövsiyə edilir ki, koronavirus səbəbindən insanlar bir yerə toplaşıb qurban kəsməyə getməsin.
Bayram namazı ilə bağlı məsələyə gəldikdə isə QMİ sədrinin müavini qeyd edib ki, məscidlərdə cümə, camaat, bayram namazlarının qılınması təxirə salınıb: “Bayram namazının qılınması da vacib deyil. Hərə öz evində ailəsi ilə birgə bayram namazı qıla bilər”.
Qeyd edək ki, 31 iyul və 1 avqustda Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Nazirlər Kabinetinin qərarı ilə 1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.
28-07-2020, 11:41
Prezidentdən Qurban bayramı münasibətilə Azərbaycan xalqına TƏBRİK
22-06-2020, 12:21
Qurban Qurbanov dünyada eyni klubda çalışan məşqçilər siyahısında 6-cı olub
28-05-2020, 12:49
Bu il Məhərrəm ayının başlayacağı tarix açıqlandı
7-08-2019, 11:38
Qurban Qurbanov "Qarabağ"ın Kiprdəki qələbəsi haqda
27-12-2018, 13:24
Gələn il üçün qeyri-iş günləri açıqlandı - Tam siyahı
18-11-2018, 13:25
Qurban Qurbanov: "Paltardəyişmə otağında dedim ki..."
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü