Maskanı çənənin altına keçirmək daha TƏHLÜKƏLİDİR
Küçə, supermarket və iri ticarət mərkəzlərində tibbi maskasız gəzənlər və çox vaxt maskanı çənəsinin altında saxlayanlara tez-tez rast gəlirik. Belələri unudurlar ki, maska çənənin altında saxlamaq üçün deyil. Həkim kimi onu demək istəyirəm ki, ağız boşluğundan başqa burun boşluğu da var. Maska ilə təkcə ağız boşluğu deyil, burun boşluğu da örtülməlidir.Bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev deyib. Onun sözlərinə görə, yalnız ağız boşluğunun örtülməsi tibbi cəhətdən heç bir fayda vermir, çünki burun vasitəsilə də nəfəs alınıb-verilir: "Təəssüf ki, karantin tədbirləri yumşaldılandan sonra əhali arasında bundan sui-istifadə halları yarandı. Kim necə gəldi, o cür də hərəkət etdi".
Epidemioloq bildirib ki, virus kimdənsə nəsə soruşmur, təbiətdə dövr edir. Yaxın olduqda yoluxma ehtimalı daha çox olur. Lakin karantin rejimi yumşaldılandan sonra nə sosial məsafə gözlənildi, nə də maskadan istifadə edildi. Bəzi saytlar, informasiya mənbələri, bəzi şəxslər əhalidə çaşqınlıq yaradan xəbərlər yaydılar. İnfeksion xəstəliklərdə sağlam virus gəzdirənlər var, bunu əhaliyə tibbi dildə tədris etmək lazım deyil. Bunu həkimlər bilirlər:
“Pandemiyanın ilk günlərində Prezident İlham Əliyevin ölkəmizdə xəstəliyin geniş yayılmaması üçün gördüyü preventiv tədbirlər nəticəsində xalqımız milli həmrəylik nümayiş etdirdi. Nəticədə yoluxma və ölüm sayı çox az oldu. Lakin karantin tədbirləri yumşaldılandan sonra əhalinin gigiyenik tələblərə əməl etməməsi nəticəsində yoluxma sayında yenidən artım baş verdi. Virus kimə yoluxub-yoluxmamaq məsələsini heç kimdən soruşmur və məqam düşəndə mütləq ona yoluxma baş verir. Əlli ildən artıq bu sahədə tədrislə məşğul olan təcrübəli bir mütəxəssis kimi əhalini həkimlərin göstəriş və tövsiyələrinə mütləq əməl etməyə çağırıram. Nə dövlətin, nə də tibbi qurumların hər evə bir tibb bacısı, bir həkim və bir polis işçisi qoyub ona nəzarət etmək imkanı yoxdur. Nəzarət hər kəsin özündən asılıdır. Xəstəlikdən uzaq durmaq hər kəsin öz əlindədir. Necə deyərlər, hər kəs özü-özünün həkimi olmağa çalışmalıdır.
Dövlət iqtisadi cəhətdən müəyyən itkilərə gedir və əhalinin sağlamlığını iqtisadi itkilərdən üstün tutur. Biz həkimlər də arzu edirik ki, yeni tikilmiş və ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş müalicə müəssisələri qeyri-infeksion xəstəliklərin müalicəsi üçün istifadə olunsun”.
Baş epidemioloq onu da deyib ki, maska taxmaq heç bir çətinlik törətmir. Onu çənəsinin altına keçirənlərin xəstələnmə ehtimalı maska taxanlarla müqayisədə daha çoxdur: "Küçədə, marketdə, ictimai yerlərdə təkəbbürlülük edərək maska taxmayanlar infeksiyaya yoluxandan sonra xəstəxana palatalarında, reanimasiya şöbələrində sağlamlıq problemləri ilə üzləşəndə, nəfəs almaqda çətinlik çəkəndə böyük peşmançılıq hissləri keçirilər. Əlbəttə ki, onda artıq gec olur".
28-05-2020, 12:23
Azərbaycanlı həkimdən SOS: “Karantin davranışları sərtləşdirilməlidir, əks halda…”
27-05-2020, 12:05
Çimərliklərdən İSTİFADƏ ŞƏRTLƏRİ açıqlandı: ailənizlə getsəniz...
24-04-2020, 20:54
ÜST rəsmisi Azərbaycanda karantinin ləğvindən danışdı
7-04-2020, 19:45
Jurnalistlər xüsusi karantin rejimində hansı sənədlə hərəkət edə bilərlər? - AÇIQLAMA
22-12-2018, 15:11
İmmun sistemi formalaşmamış körpələri öpmək məsləhət deyil
5-11-2018, 18:34
Azərbaycanda təhlükəli qrip var? - Səhiyyə Nazirliyinin CAVABI
15-06-2026, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
15-06-2026, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
15-06-2026, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
15-06-2026, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
15-06-2026, 18:05
Putinə görüş təklif edib
15-06-2026, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
15-06-2026, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
15-06-2026, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
15-06-2026, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
15-06-2026, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir